Bir neçə gün əvvəl müxtəlif media subyektlərində, eləcə də sosial şəbəkə seqmentlərində paytaxtın Heydər Əliyev prospektində “BMW” markalı, 99-XX-529 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vələdov Əfqan Mirzəli oğlunun digər sürücüyə köməklik etməsi ilə bağlı videogörüntü yayımlanıb.
Buta.tv xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar sürücü Ə.Vələdov Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev tərəfindən dəvət olunmuş və etdiyi əmələ görə ona təşəkkür edilib.
Bununla yanaşı Ə.Vələdovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilib və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim edilib.
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video