Yeməkdən əvvəl və sonra mədədə, qarının üstündə sancı, sanki mədənin sıyrılması, yanma hissi, ürək bulanma artıq xoralı yaradan xəbər verə bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, bu barədə terapevt Tatyana Romanenko bildirib.
“Xora qastritdən qat-qat dərin və xroniki prosesdir. Səbəbləri çoxdur, amma ən başlıca rolu helikobakter pilori bakteriyası ilə yoluxma olur. Ona görə diaqnoz üçün helikobakteri testi vermək lazımdır. Stress, qeyri-düzgün qidalanma, əvvəldən qastritin olması, irsi səbəblər də prosesi sürətləndirir. Amma əsas səbəb helikobakter düzgün müalicə olunarsa, mədə xorası bir daha qayıtmır.
Əgər xoranı müalicə etməsəz, ən yaxşı halda qanaxma, ən pis halda onkoloji xəstəliyə çevrilə bilər", - Romanenko qeyd edib.
- Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu
- Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı
- Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər saxlanıldı
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir
- Rövşən Pənahlı da işdən çıxarıldı