Zəngilanda hərbçilərin yürüşü keçirildi - Video

13:32 - 20 Oktyabr 2023 - GÜNDƏM

 Zəngilanda hərbçilərin yürüşü keçirildi - Video

20 oktyabr - Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş təşkil olunub.

BUTA.TV xəbər verir ki, əvvəlcə Zəngilan Şəhidlər Xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər Günü münasibətilə Zəngilan Konqres Mərkəzinin qarşısında yürüş keçirilib. Yürüşdə Daxili işlər Nazirliyi və Daxili Qoşunların əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak edib.

Düz 3 il bundan öncə Zəngilan şəhəri 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol