“Azərpoçt”un adından saxta SMS-lər göndərilir

20:38 - 20 Oktyabr 2023 - GÜNDƏM

 “Azərpoçt”un adından saxta SMS-lər göndərilir

Kiberdələduzlar “Azərpoçt” MMC-nin adından istifadə edərək vətəndaşlara saxta SMS-lər göndərir.

BUTA.TV xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan onlara göndərilən keçidə daxil olmaları, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmələri tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol