Misir Prezidenti Əbdülfəttah Sisi Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşündə Qəzza bölgəsindəki müharibənin bütün regiona yayılmasının qarşısını almaq üçün hərəkətlərin əlaqələndirilməsinin vacibliyini bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı məlumat yayıb.
“Müharibənin regional səviyyəyə keçməsinin qarşısını almaq üçün koordinasiya və əməkdaşlıq lazımdır. Biz hamımız regionda nəzarətdən çıxa biləcək hadisələrin qarşısını almaq üçün tədbirlər görməliyik”, - Sisi vurğulayıb.
Böyük Britaniyanın Baş naziri öz növbəsində Misir Prezidentinin Fələstin probleminin həlli və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səylərini yüksək qiymətləndirib.
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi