Tələbə və dövlət qulluğuna qəbulla bağlı xidmətlərin ödənişi Tarif Şurası tərəfindən təsdiqlənir. Dövlət İmtahan Mərkəzi (DİM) buna uyğun olaraq öz fəaliyyətini qurur. DİM publik hüquqi şəxsdir. İmtahanların növləri dəyişəndə, hansısa yeniliklər olanda imtahanlara xərclənən vəsait hesablanır. Bir imtahan verənə nə qədər pul xərclənirsə, müəyyənləşdirilib müvafiq rəsmi quruma məlumat verilir.
BUTA.TV xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“Yaxın zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən Tarif Şurasına tələbə və dövlət qulluğuna qəbulla bağlı xidmətlərin ödəniş qiymətlərinin artımı ilə bağlı müraciət edilməyib”, - DİM sədri bildirib.
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto