Qardaş xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - Video

11:52 - 21 Oktyabr 2023 - GÜNDƏM

 Qardaş xüsusi təyinatlılar həyəcan siqnalı ilə qaldırıldı - Video

Ölkəmizdə keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri zamanı Azərbaycan və Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin növbəti məşqlərində həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar verilən tapşırığa əsasən ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif fəaliyyətləri yerinə yetiriblər.

Plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra edilib. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.

"Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol