Rusiyaya casusluq etdiyinə görə ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Nəzakət Məmmədovanın Azərbaycanın yüksək vəzifəli keçmiş məmuru ilə əlaqələri barədə paylaşımları üzə çıxıb.
Sfera.az xəbər verir ki, özünü politoloq kimi təqdim edən N.Məmmədova son illərdə Azərbaycanın milli maraqlarının və dövlət manafeyinin əleyhinə çıxışları ilə tanınırdı. O bir çox siyasi məsələlərdə imperialist ölkələrin Azərbaycanın əleyhinə olan davranışlarını açıq şəkildə müdafiə və təbliğ edirdi.
Rusiya casusunun sosial şəbəkələrdəki paylaşımlarından görünür ki, onun Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənova xüsusi “sevgisi” də var. Bu da təsadüfi deyil.
Çünki N.Məmmədovanın “politoloq”a çevrilməsində Ə.Həsənovun böyük dəstəyi olub. Ə.Həsənov vəzifədə olduğu dövrdə Rusiya casusunun kütləvi informasiya vasitələrində “boy göstərməsinə” geniş imkanlar yaratmışdı. N.Məmmədova Ə.Həsənovun cızdığı yolu gedərək Azərbaycanın tanınan “siyasi şərhçi”lərindən birinə çevrildi.
Ə.Həsənov tutduğu yüksək dövlət vəzifədən uzaqlaşdırılandan sonra da N.Məmmədova onun üçün müəyyənləşdirilən xəttə sadiq qalıb və daim Azərbayacana ciddi dəstək verən dövlətlərə, o cümlədən Pakistan, Türkiyə, İsrailə qarşı açıq çıxışlar edib, verdiyi şərhlərlə ölkəmizin mühüm dövlət qurumları haqqında mənfi imic yaratmağa çalışıb.
N.Məmmədovanın bu və digər fəaliyyəti, təbii ki, cavabsız qalmayacaq, aidiyyatı qurumlar onun hərəkətlərinə hüquqi qiymət verəcək. Yəqin ki, aparılacaq məhkəmə istintaqı zamanı “politoloq”un əsl məqsədi, əlaqədə olduğu şəxslər ifşa olunacaq.
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar