İsrail hərbçiləri Qəzza zolağında quru əməliyyatında növbəti mərhələyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilib. Bildirilib ki, ordu quru əməliyyatları da daxil olmaqla, müharibənin növbəti mərhələsinə hazırlaşmağa davam edir.
İsrail Müdafiə Qüvvələrinin 188-ci Zirehli Briqadasının komandiri, polkovnik-leytenant Or Volojinski bununla bağlı əsgərlərinin bütün tapşırıqları yerinə yetirməyə hazır olduğuna əminliyini ifadə edib:
"Hətta hazırda 188-ci briqadanın üzvləri Qəzza zolağı yaxınlığında döyüş bölgəsindədir. Biz xalqımızın uzun illər təhlükəsizliyini bərpa etmək üçün qətiyyət və döyüş ruhu ilə tələb olunanı edəcəyik".
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi