Hikmət Hacıyev minanın qurbanı olmuş qonur ayının görüntüsünü yaydı - FOTO

21:41 - 21 Oktyabr 2023 - CƏMİYYƏT

 Hikmət Hacıyev minanın qurbanı olmuş qonur ayının görüntüsünü yaydı - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın mina terroru barədə növbəti paylaşım edib.  

H.Hacıyev özünün “X” hesabındakı paylaşımında qeyd edib ki, Azərbaycan torpaqlarında yerləşdirilmiş milyonlarla minanın qurbanı təkcə insanlar yox, həmçinin həmin bölgənin faunasıdır.  “Danışan şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayının balasının qalıqları.

Partlayış ərazisindən toplanmış minaların etiketləri onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir.

Ermənistan əvvəl işğal altında saxladığı Azərbaycan torpaqlarında milyonlarla mina basdırıb ki, bu minalar dinc əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir” - H.Hacıyev paylaşımında qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol