Hikmət Hacıyev minanın qurbanı olmuş qonur ayının görüntüsünü yaydı - FOTO
21:41 - 21 Oktyabr 2023 - CƏMİYYƏT
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın mina terroru barədə növbəti paylaşım edib.
H.Hacıyev özünün “X” hesabındakı paylaşımında qeyd edib ki, Azərbaycan torpaqlarında yerləşdirilmiş milyonlarla minanın qurbanı təkcə insanlar yox, həmçinin həmin bölgənin faunasıdır. “Danışan şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayının balasının qalıqları.
Partlayış ərazisindən toplanmış minaların etiketləri onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir.
Ermənistan əvvəl işğal altında saxladığı Azərbaycan torpaqlarında milyonlarla mina basdırıb ki, bu minalar dinc əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir” - H.Hacıyev paylaşımında qeyd edib.
Talking Photos! Remains of brown bear cub killed by landmine blast in liberated Lachin region of Azerbaijan. Labels of collected landmines from the area of blast indicate that they have been produced in Armenia in 2021. Armenia infested formerly occupied lands of Azerbaijan with… pic.twitter.com/NMzZOJyE8H
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 21, 2023