Rusiya Fələstin-İsrail münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının yeni iclasını çağıracaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Polyanski qeyd edib ki, bu həftə BMT TŞ Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiya ilə yanaşı, Braziliyanın da qətnaməsini qəbul etməyib:
"Digər ölkələr buna cəsarət etmədiyi üçün Rusiya mütləq BMT Təhlükəsizlik Şurasının yeni iclasını çağıracaq".
Qeyd edək ki, Rusiyanın qətnamə layihəsində HƏMAS hücumları pislənmədiyi üçün, Braziliyanın qətnamə layihəsində isə İsrailin özünümüdafiə hüququ əks olunmadığı üçün sənəd Qərb və ABŞ tərəfindən boykot edilib.
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi