Rusiya Prezidendi Vladimir Putin Almaniyanın keçmiş kansleri, dostu Herhard Şröderə qarşı edilənlərə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Putin “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində aparıcı Pavel Zarubinin bu barədə sualını cavablandırıb. Putin bildirib ki, bu yaxınlarda hamı Kanada parlamentində nasistin alqışlanması kimi rüsvayçı hərəkətin şahidi oldu:
“Məni Almaniyada yaxşı başa düşmələri üçün alman dilində deyirəm, Herhard Şröderdən nə qədər uzaq olsanız, Kanada parlamentinin spikeri, nasist Entoni Roteyə bir o qədər yaxın olacaqsınız. Almaniyada çoxlu ləyaqətli insanlar var və əminəm ki, çoxları bunu eşidəcək”.
Qeyd edək ki, Herhard Şröder Almaniyanın yenidən birləşməsinin 33-cü ildönümü münasibəti ilə keçirilən rəsmi mərasimə dəvət edilsə də, hökumətin protokol xidməti onu ölkənin aparıcı siyasətçiləri, o cümlədən hazırkı kansler Olaf Şoltsla eyni sırada əyləşməsinə icazə verməmişdi.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı