İsrailin Qəzza zolağında quru əməliyyatı ərəfəsində ABŞ hərbçilərinə qarşı hücumların kəskin artması fonunda Pentqon İraq, Suriya və Fars körfəzində onlarla hava hücumundan və raketdən müdafiə sistemi yerləşdirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, ABŞ THAAD raketdən müdafiə sistemini Səudiyyə Ərəbistanına, “Patriot” hava hücumundan müdafiə sistemini isə Küveyt, İordaniya, İraq, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə göndərib.
Bildirilib ki, göndərilən sistemlər həftə sonuna kimi yerləşdiriləcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın İraqın Ənbar əyalətində yerləşən Ayn əl-Əsəd bazasına yeni “Avenger” yaxınmənzilli hava hücumundan müdafiə sistemləri göndərdiyi bildirilmişdi.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video