Bir neçə gündür KİV və sosial mediada yayılan xəbərlərə görə, Bakı şəhərinin Baş Planı yekunlaşıb. Qeyd edilir ki, planda Bakıya 50 km-ə qədər tramvay xəttinin çəkilməsi, metro stansiyalarının sayının 47-yə çatdırılması nəzərdə tutulur.
Məsələ ilə bağlı Trend-in sorğusunu cavablayan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Bakı Metropoliteni” konseptual inkişaf sxeminə uyğun olaraq metropolitenin 5 xətdən, (hazırda 3 xətt var) və 76 stansiyadan (hazırda 27 stansiya var) ibarət olması nəzərdə tutulub
"49-50-yə yaxın stansiyanın tikintisi nəzərdə tutulub. Bu stansiyaların hamısı dərhal inşa olunmalı deyil. Məsələdə Bakı şəhərinin Baş Planını önə çəkirik. Çünki şəhərin əsas inkişaf istiqamətləri nəzərə alınmadan metropolitenin inkişafını nəzərdə tutmaq olmazdı.
Bakı Şəhər Baş Planında ilk vəzifə olan yaşıl və qırmızı xətlərin ayrılması diqqət mərkəzindədir. Dairəvi xəttin yaradılması və inşası gedən bənövşəyi xəttin inkişaf etdirilməsi nəqliyyatın daha rahat idarə olunması baxımından əhəmiyyət kəsb edir”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar