2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı minaya düşüb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb. O qeyd edib ki, 334 nəfərdən 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb:
“Ölənlərdən 50 nəfər mülki vətəndaş, 15 nəfər isə hərbçidir. Yaralananlar arasında isə 105 mülki, 164 hərbçi var”. H.Hacıyev bildirib ki, 1991-ci ildən bu günədək 3413 nəfər mina qurbanı olub:
“Onlardan 357-si uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır”.
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü