Kritik informasiya infrastrukturunun siyahısının təsdiq olunması ilə bağlı Nazirlər Kabineti tərəfindən verilmiş tapşırıq icradadır.
BUTA.TV xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı bildirib.
“Bununla bağlı biz müraciət etmişik və tapşırıqda qoyulan 30 gün ərzində sorğular cavablandırılmalıdır. Təəssüf ki, 30 gün artıq 90 günə çatıb. Kritik informasiya infrastrukturlarının sahibləri belə obyektləri müəyyən edib göndərməkdə ya çətinlik çəkirlər, ya da ilk təcrübədir deyə normal bir şeydir. Hökumət tərəfindən əsaslandırılmış sənədimiz də var. Bu, ilk təcrübədir və növbəti təcrübədə dəyişikliklərlə daha mükəmməl sənədin hazırlanması gözlənilir. Hər il bu obyektlərin siyahısında dəyişikliklərin gözlənilməsi nəzərdə tutulur”, – deyə Davud Rüstəmov əlavə edib.
- Təbrizdə yeni partlayışlar baş verdi
- Rusiya Azərbaycana təşəkkür etdi
- İsrailin İran əməliyyatının adı nə məna daşıyır? - İlahiyyatçı
- İsrail-İran gərginliyində Bakıya qarşı feyk-kampaniya
- FHN cənub sərhədlərində radiasiya ilə bağlı məlumat yaydı
- Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib?
- Rusiya tarixinin inanılmaz cinayət işi: azərbaycanlı da var
- Radiasiyanın yoxlanılması üçün mütəxəssislər Astarada - Video