3000 manatlıq telefon mövzusu ilə gündəm olan psixoloq: “Problem rəqəmdədir” - VİDEO

18:41 - 26 Oktyabr 2023 - MÜSAHİBƏ

 3000 manatlıq telefon mövzusu ilə gündəm olan psixoloq: “Problem rəqəmdədir” - VİDEO

Ötən gün ARB telekanalında yayımlanan “Gün sonu” verilişində psixoloq Əfsanə Rüstəmova səsləndirdiyi fikirlərlə gündəm olub.

Onun “Emosional ehtiyacı ödənməyən qadının boşanmağa hüquqi haqqı var. 3000 manatlıq telefona emosional ehtiyacım varsa, həyat yoldaşım onu ya almalıdır, ya da boşanmalıdır. İmtina şansım var” fikri hər kəsin marağına səbəb olub və geniş müzakirələrə yol açıb. Oxu.az-ın əməkdaşı psixoloq Əfsanə Rüstəmova ilə danışıb.

O, xəbəri olmadan məşhurlaşdığını qeyd edib:

“Dayanmadan zənglər gəlir. Xəbərim olmadan məşhur olduğumu hiss edirəm. Səsləndirdiyim fikirlərin mənfi və müsbət olmasından asılı olmayaraq, nə dediyimi yaxşı bilirəm. Hər zaman ağlım başımda olduğu üçün doğru cümlələr qururam. Dediyim fikir kiminsə tərəfindən yanlış anlaşılıbsa, onun anlama üsulu ilə mənim ifadə üsulum fərqlidir.
Mənim üslubumu hər kəs başa düşə bilməz. Üslubumdakı ironiya və alt mənaları bilə bilməzlər. Məhdud çalışmanı xoşlayıram. İnsanlar belə müzakirələr aparmağı sevirlər. Nə xoş mənə ki, onlara müzakirə üçün mövzu vermişəm”.

Ə.Rüstəmova problemin rəqəmdə olduğunu dilə gətirib:

“İki kitab oxumuş insan yaxşı başa düşərdi. Əgər sən qarşı tərəfin cibini və gücünü bilirsənsə, yenə də ondan, misal üçün, verə bilməyəcəyi halda 3 000 manatlıq telefon istəyirsənsə, burada problem başqadır. Tərəflər bir-birilərinə uyğun deyillər. Əsas məsələ odur. İnsanların o qədər maddi çətinliyi var ki, rəqəm dilə gətirmək onları qıcıqlandırır”.

“Rəqəm deməməliydim, lakin dedim. Düşünürəm ki, hər kəs çəkinmədən, qorxmadan fikirlərini ifadə etməlidir. Düzdür, kimsə bunu şou xarakterli edir. Burada mənim narahat olacağım bir məqam yoxdur”, - deyə Ə.Rüstəmova fikrini tamamlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol