İsrail və onun müttəfiqləri İranla döyüşə girsə, Üçüncü Dünya müharibəsi başlaya bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Hazırda davam edən HƏMAS-İsrail münaqişəsinin miqyasının genişlənməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər. İsrail və ABŞ qüvvələri İranla döyüşə başlasalar, mütləq cavab alacaqlar. HƏMAS döyüşçülərinin İsrail ərazilərinə hücumunda İranın iştirakına dair faktlar yoxdur. HƏMAS döyüşçülərinin İran istehsalı olan silah-sursatlardan da istifadə etməsi İranın münaqişədə iştirakı demək deyil. Dünyada silah ticarəti gedir və həmin silahlar hər hansı digər qüvvələrin vasitəsilə HƏMAS-ın əlinə keçə bilər”, - o bildirib.
- Çindəki paraddan görüntülər - Video
- Prezidentlər və xanımları ziyafətdə...
- Əliyevlə Pezeşkianın azərbaycanca səmimi dialoqu - Video
- İlham Əliyevlə Putin belə salamlaşdı - Video
- İlham Əliyev və xanımı Çində paradı izlədi
- Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video
- Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi
- Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi