Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə vətəndaşlıq yox, “qaçqın statusu” verir. Bunun iki məqsədi var:
- siyasi hədəfi “qaçqınların qayıdışını” daim Bakıya qarşı təzyiq aləti kimi saxlamaq, o cümlədən, Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların geri qayıdışı məsələsində “ermənilərin Qarabağa qayıdışını” irəli sürməkdir;
- iqtisadi hədəfi Qərbdən “erməni qaçqınlara yardım” adı ilə milyonlarla avro yardım almaqdır;
Hərçənd, ermənilərin “qaçqın statusu” beynəlxalq hüquqda təspitini tapmır. Qaçqın “irqi, dini, milli mənsubiyyəti, mənşəyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsə” deyilir.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu hüquqa görə Qarabağdan Ermənistana köçən, daha doğrusu, qayıdan ermənilər “qaçqın statusu” daşıya bilməz.
- Ermənilər öz ölkəsini, yəni Azərbaycanı tərk etməyib, əksinə, məskunlaşdıqları başqa ölkənin ərazisindən öz ölkələrinə qayıdıblar;
- Qarabağdan gedən ermənilərin “qaçqın statusu”nda qəbul edilməsi üçün “öz ölkələrini” tərk etmələri lazımdır. Ki, onların “ölkə” dediyi ərazi beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir və bu ərazidə “ölkə” adlandırdıqları qondarma separatçı rejim beynəlxalq hüquqda tanınmırdı;
- Qarabağdakı ermənilərin bir qisminin mənsub olduğu hüquqi pasport – separatçıların onlara verdiyi qondarma pasport kağız parçasından başqa bir şey deyildi – Ermənistana məxsus olub: bu fakt ermənilərin “öz ölkələrini” tərk etmədiyini, sadəcə vətəndaşı olduqları ölkəyə qayıtdıqlarını sübut edir;
Buna baxmayaraq, Ermənistan onlara “qaçqın statusu” verməklə siyasi və iqtisadi hədəfini izləyir.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...