Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Prezidentinin Xarici Siyasət Məsələləri üzrə Köməkçisi Hikmət Hacıyevi II-ci dərəcəli “Dostık” (Dostluq) Ordeni ilə təltif edib.
BUTA.TV xəbər verir ki, yüksək mükafatı H.Hacıyevə Prezident Q.Tokayevin adından və tapşırığına əsasən, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel təqdim edib.
Diplomat bildirib ki, H.Hacıyev Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrinin inkişafına, iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələrə görə ordenlə mükafatlandırılıb.
Öz növbəsində, H.Hacıyev onun fəaliyyətinə verilən yüksək qiymətə görə Qazaxıstan rəhbərliyinə təşəkkürünü bildirib və hərtəfəli strateji əməkdaşlığın inkişafına əlindən gələn töhfələri verməyə davam edəcəyini vurğulayıb.
Görüş zamanı noyabrda Astanada baş tutacaq Türk Dövlətləri Təşkilatının və Bakıda keçiriləcək SPECA-nın Zirvə Görüşlərinin önəmi qeyd olunub.
Qeyd edək ki, Qazaxıstan Respublikasının “Dostık” Ordeni ilə cəmiyyətdə barışın qorunmasında səmərəli fəaliyyət göstərən, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində töhfə verən vətəndaşlar təltif olunur. Belə ki, I-ci dərəcəli “Dostık” Ordeni keçən il Qazaxıstan Prezidenti Q.Tokayev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilib.
2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Ali Mükafatı – “Altın Kıran” (Qızıl Qartal) Ordeni ilə təltif olunub.
- Moskvada parad vaxtı Netanyahu və Ərdoğanın Bakıya gəlişi...
- Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?
- 44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video
- Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…
- Mən həmin vaxt əsayla gəzirdim… - İşxanyan
- Qazaxın azad olunan 4 kəndi ilə bağlı bu işlərə başlanıldı
- Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi
- Elçin Əmirbəyov Meksika Senatında - Foto