Cənubi Koreya alimləri xoşxassəli paroksizmal başgicəllənmədən xilas olmaq üçün effektiv vasitə tapıblar.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, vestibulyar aparatın ən geniş yayılmış problemi olan başgicəllənmə yataqdan qalxanda baş verir. Alimlər bu xəstəliyi olan 957 nəfəri təcrübəyə alıb, onların bir qrupuna gündə 2 dəfə D vitamini və kalsium verilir, digər qrupa isə placebo – yəni dərman olmayan boş tablet. 2 həftə sonra birinci qrupda başgicəllənmə hallarının 25% azaldığı təsdiq olunub.
Alimlər bunu müalicədə böyük irəliləyiş hesab edir, halbuki bu xəstələr belə effekti çoxsaylı xəstəxanaya gedişlərlə və dərmanlarla əldə edirdilər.
Bu araşdırma göstərdi ki, kalsium və D vitamini birgə qəbulu ilə ucuz və asan metodla başgicəllənmələri müalicə etmək olar .
- Bayraqdar Azərbaycanda quruğu şirkətdən danışdı - Video
- Bakı-Təbriz reysi bərpa oluna bilər - Prezidentlər danışdı
- İlham Əliyev Pezeşkianla danışdı
- Xameneinin Trampa ağır cavabı: Sən kimsən ki…
- Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü
- Sahibə Qafarova TBMM sədrini təbrik etd
- Ukrayna və Azərbaycan dostluğundan film hazırlandı - Video
- Qarabağa qarşı olan erməni bu söyüşə görə aparılıb – Video