Samvel Şahramanyanın ermənilərin Qarabağa qayıtmasının mümkünlüyü, bunun Avropa, ABŞ və Rusiyanın maraqlarına cavab verməsi, hətta Azərbaycanın da bunu istədiyini iddia etməsini necə başa düşmək olar?
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu ötən gün Qarabağdakı keçmiş qanunsuz rejimin keçmiş başçısı Samvel Şahramanyanın erməni mediasına müsahibəsində bu mövzuya toxunmasını şərh edərkən qeyd edib.
“Birincisi, Samvel Şahramanyan ermənilərin geridönüşü mövzusunu Bakı ilə müzakirə etmək istəyir. İkincisi, Samvel Şahramanyan hesab edir ki, rəsmi Bakı Ermənistana köç edən ermənilərin geri qayıdışında maraqlıdır. Samvel Şahramanyanın məntiqinə görə, Azərbaycan ermənilərin geri qaydışını beynəlxalq təzyiqdən qurtulmaq üçün həyata keçirmək istəyir. Samvel Şahmaranyan “qatarın getdiyini” anlamaq istəmir”, - politoloq bildirib.
Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı Qarabağ ermənilərinə Ermənistana köç etmədən öncə müraciət etmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edin və evlərinizdə yaşayın:
“Qəbul etmədilər, getdilər. Bu baş verdikdən sonra rəsmi Bakının və Azərbaycan ictimaiyyətinin ermənilərin geri qayıtmasında maraqlı olduğunu söyləmək mümkün deyil. Digər tərəfdən gedənlərin hamısının cibində Ermənistan pasportu var. Azərbaycan ermənilərə Ermənistan pasportları ilə Qarabağda yaşamağa icazə verməyəcək. Dünya qarışıb, Yaxın Şərqdə vəziyyət gərgindir. Şahmaranyana isə elə gəlir ki, beynəlxalq birlik ermənilərin Qarabağa geri dönüşü ilə bağlı Azərbaycana təzyiq edir. Bunun da reallıqla əlaqəsi yoxdur. Samvel Şahramanyanın nə deməsindən asılı olmayaraq, Ermənistana köçən ermənilərin geri qayıtmaq fikirləri yoxdur, “biz türklərlə birgə yaşamaq istəmirik” deyib durublar. Türklərlə birgə yaşamaq istəməyənlərin Qarabağda nə işləri var?”
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?