İsraildən etiraf: Dinc sakinləri bombaladıq!

00:14 - 1 Noyabr 2023 - GÜNDƏM

 İsraildən etiraf: Dinc sakinləri bombaladıq!

İsrail tərəfi Qəzzada Cəbaliyə qaçqın düşərgəsinə zərbə endirdiyini etiraf edib.

BUTA.TV xəbər verir ki, İsrail ordusunun nümayəndəsi Riçard Heçt HƏMAS komandirini zərərsizləşdirmək məqsədilə düşərgəyə zərbə endirildiyini açıqlayıb.

O, olayda dinc sakinlərin ölməsini sadəcə “müharibə faciəsi” adlandırıb:

“HƏMAS komandiri dinc sakinlərin arxasında gizlənirdi”.

Qeyd edək ki, sözügedən düşərgəyə zərbə nəticəsində azı 400 dinc sakin ölüb və yaralanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol