Sunak Netanyahu və Abbasla danışdı

01:44 - 1 Noyabr 2023 - GÜNDƏM

 Sunak Netanyahu və Abbasla danışdı

Böyük Britaniya Baş naziri Rişi Sunak israilli həmkarı Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytı məlumat yayıb.

Qeyd olunub ki, Sunak Netanyahu ilə telefon danışığında Qəzzaya humanitar yardım axınının sürətlə artırılmasının vacibliyini vurğulayıb.

Sunak həmçinin, Böyük Britaniyanın girovların təhlükəsiz qaytarılmasının təmin edilməsinə diqqət yetirdiyini vurğulayıb.

Mahmud Abbasla söhbətində Sunak bildirib ki, Böyük Britaniya Fələstin xalqını qorumaq, daha da gərginləşmənin qarşısını almaq və böhranın sülh yolu ilə və davamlı həllini təmin etmək üçün diplomatik səyləri dəstəkləməyə davam edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol