Şokolad, yulaf, yumurta və basdırma uzunömürlülərin menyusunda ən çox tapılan qidalardır. Üstəlik, uzunömürlülər, bir qayda olaraq, sakit həyat tərzi keçirirlər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, 119 yaşına qədər yaşayan yaponiyalı Keyn Tanaka əvvəllər tez-tez qazlı içkilər, qəhvə və şokolad yediyini bildirib. Riyazi məsələlər isə ona qocalıqda zehni aydınlığını qorumağa kömək edib. Eyni zamanda, sanfransiskolu Maria Branas Morera 116 illik həyatı boyu təbii qatığa üstünlük verdiyini deyib.
O əlavə edib ki, qatığın tərkibində əzələlər və sümüklər üçün faydalı olan protein və kalsium var.
109 yaşına qədər yaşayan britaniyalı qadın Cessi Qalant tez-tez yulaf yediyini qeyd edib. 116 yaşında vəfat etmiş amerikalı Suzanna Muşatt Cons isə tez-tez yumurta və donuz əti yeyirmiş.
Bununla belə, uzunömürlülərin əksəriyyəti vurğulayıb ki, xoşbəxt həyatın açarı stressiz yaşamdadır. Onlar yekdilliklə mənfi düşüncəli insanlarla ünsiyyətdən imtina etməyi tövsiyə edirlər.
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
- Putinin köməkçisi Bakıda: Belə razılaşma hər ölkədə yoxdur - Video