Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
- İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım
- Azərbaycanda Milli Qurtuluş Günüdür
- Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
- Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...
- Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto
- İlham Əliyev Britaniya Kralını təbrik etdi
- İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov
- Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi