Sülhməramlılar “təmir üçün” hansı texnikaları aparır?

14:34 - 1 Noyabr 2023 - GÜNDƏM

 Sülhməramlılar “təmir üçün” hansı texnikaları aparır?

Sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonu ərazisində rotasiyası başa çatır, hərbi texnika planlı təmir üçün Rusiyaya göndərilir.

Rusiya Müdafiə Nazirliyinin bu məlumatından iki nəticə çıxır:

Birincisi, rotasiya sülhməramlıların nəzarət zonası və postların ləğv edilməsinin başa çatması deməkdir: 20 sentyabra qədər mövcud olan nəzarət zonasında dayanan kontingent silahların mühafizəsi məqsədilə yaradılan postlara köçürülür;

İkincisi, Rusiya Qarabağda mövcud olan hərbi texnikasını təmir adı altında çıxarır və çıxarılan texnikanın geri qaytarılmayacağı da bəllidir: sülhməramlıların fəaliyyəti rəsmi olaraq başa çatmadığı üçün texnikanın çıxarılması da bu ad altında həyata keçirilir; çıxarılan texnika arasında separatçıların ruslara təhvil verdiklərinin olduğu da istisna deyil və mümkündür ki, Azərbaycan ordusunun nəzarətinə keçən silah-sursat isə antiterror tədbirləri zamanı ələ keçirilənlərdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol