Azərbaycanda “uşaq pulu” bərpa edilir?

15:02 - 2 Noyabr 2023 - CƏMİYYƏT

 Azərbaycanda “uşaq pulu” bərpa edilir?

Qarşıdakı günlərdə Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirə olunacağı gözlənilir. Bir neçə ildir büdcə müzakirəsi zamanı deputatlar 2006-cı ildən sonra doğulan bütün uşaqlara verilən "uşaq pulu" adlı sosial müavinətin bərpasını təklif edirlər.

BUTA.TV xəbər verir ki, 2021-ci ilin dövlət büdcəsi müzakirə olunanda da bir neçə deputat eyni təkliflə çıxış edib, lakin təkliflərə müsbət cavab verilməyib. Bəs, növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı "uşaq pulu"nun bərpası məsələsi yenidən gündəmə gələ bilərmi? Milli Məclisin üzvü Fazil Mustafa mövzu ilə bağlı açıqlamasında uşaqlara verilən müxtəlif müavinətlərin artırılmasının müzakirə olunacağını bildirib:

"Bununla bağlı ayrıca bir təklifin verilməsi dəfələrlə izah olunub. Uşaqlarla bağlı xeyli müavinət formaları var. Həmin müavinət formalarının artırılması məsələsi gündəmə gətiriləcək. Bilavasitə müavinətlər o zaman artır ki, minimum yaşayış məbləği artsın. Bu artanda ona müvafiq olaraq müavinətlərin artımı nəzərdə tutula biləcək.

Çünki müavinətlər minimum yaşayış məbləğinin həddindən aşağı olmamalıdır. Bu baxımdan, bu kimi təkliflər orada nəzərdə tutulacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Konkret "uşaq pulu" deyilən bir termin yox, ayrı-ayrı müavinət formaları mövcuddur. Uşaqlar üçün müxtəlif müavinət formalarının, əlilliyə, təhsilə görə verilən təqaüd və s. müavinətlərin artırılması məsələsi büdcə müzakirələrində gündəmə gətiriləcək", - deyə deputat əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol