Lerik sakinlərində odlu silahlar aşkarlandı

19:08 - 2 Noyabr 2023 - GÜNDƏM

 Lerik sakinlərində odlu silahlar aşkarlandı

Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

Belə ki, həmin şəxslərdən 2 ədəd "İj"və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lerik Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol