Rusiya Ermənistanın bu təklifini rədd etdi

01:06 - 3 Noyabr 2023 - GÜNDƏM

 Rusiya Ermənistanın bu təklifini rədd etdi

Rusiya Ermənistanın Roma statutu ilə bağlı dövlətlərarası saziş imzalamaq təklifini rədd edib.

BUTA.TV xəbər verir ki, Rusiya Dövlət Duması və Federasiya Şurasında Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutundan yan keçmək üçün dövlətlərarası saziş imzalamaq təklifi rədd olunub.

Federasiya Şurası beynəlxalq məsələlər komitəsi sədrinin müavini Vladimir Cabbarov Rusiyanın Ermənistanla saziş imzalamayacağını bildirib. Senator deyib ki, Rusiya ümumiyyətlə Beynəlxalq Cinayət Məhkəməsini tanımır və bu qurumla bağlı hər hansı sənəd imzalamaq fikrində deyil.

“Əgər biz bundan sonra da sülh və mehriban qonşuluq şəraitində yaşamaq, bir-birimizə yardım etmək və qarşılıqlı dəstək olmaq istəyiriksə, erməni həmkarlarımız Roma statutuna qoşulmaq qərarlarını geri çağırmalıdırlar”, - deyə o bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
İsrail prezidenti İlham Əliyevə zəng etdi

Qeyd edək ki, Ermənistan parlamenti oktyabrın 3-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bundan əvvəl, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Haaqada Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol