Bu şəxslərin maddi təminatı yaxşılaşdırılır - Nazir

14:28 - 3 Noyabr 2023 - GÜNDƏM

 Bu şəxslərin maddi təminatı yaxşılaşdırılır - Nazir

Bizdə olan məlumata görə, icra məmurlarının fəaliyyəti ilə əlaqədar müəyyən qanun layihəsi üzrə işlər aparılır. O cümlədən, özəl icra məmurları ilə bağlı.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, icra məmurlarının maddi təminatı məsələsinin həlli istiqamətində müəyyən işlər görülür:

“Burada müəyyən fikirlər var. Onlar tam hazır olduqdan sonra, yəqin ki, parlamentə müvafiq layihə təqdim olunacaq”.

Bu xəbər hal-hazırda çox oxunur
İsrail prezidenti İlham Əliyevə zəng etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol