İl yarımdır ki, davam edən Rusiya-Ukrayna müharibəsində artıq tərəflərin dalana dirəndiyi aşkar görünür. Aktiv hücum əməliyyatlarından qaçan Rusiya üçün bu gün əsas prioritet Xersondan Xarkova qədər olan müdafiə xəttində oturmaqdırsa, Ukrayna tərəfi də aylardır ki, bu xətti yarmağa çalışır.
Lakin Qərb tərəfindən Ukraynaya silah və maliyyə yardımlarının ukraynalı hərbçilərin sadəcə həyatda qalmaları üçün verilməsi Zelenski iqtidarının siyasi düşərgələrində ona qarşı etiraz səslərinin yavaş-yavaş yüksəldiyini göstərir.
Bu yaxınlarda nüfuzlu TIME nəşri də Ukraynanın qələbəsinə Zelenskidən başqa heç kimin inanmadığını qeyd etmişdi. Ukrayna hakimiyyətində çatların yaranmasına əsas səbəb isə müdafiə naziri Oleksiy Reznikovun Ukrayna Müdafiə Nazirliyindəki yeyinti qalmaqalı faktından sonra istefası oldu. Reznikovun postunu Rüstəm Umerova təhvil verməsindən sonra isə Zelenski hakimiyyəti başlayan çatın qarşısını ala bilmədi.
Hazırda Ukrayna Silahlı Qüvvələrində bir əsgərin ortalama yaşı 43 il olaraq hesablanır. İnsan, maliyyə, silah, qida və digər resurslar baxımından müharibəni davam etdirə bilməyən Ukraynanın dalana dirəndiyi artıq görünür. Qandan doymayan Rusiya isə müharibəni hər vəchlə uzadır. Rusiyanın bu məsələdəki ən böyük xroniki xəstəliyi də məhz budur. Kreml Ukrayna kampaniyasının bu qədər uzun çəkəcəyini bilmirdi, lakin Kiyevə girə bilməyəndən sonra Ukraynanı diz çökdürmək üçün müharibəni nə qədər lazımdırsa, o qədər də uzatmağı qarşısına məqsəd qoydu.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Hazırda mizan-tərəzi Rusiyanın xeyrinə işləyir. Moskva bütün sanksiyalara baxmayaraq, hələ də Ukrayna cəbhəsində vuruşmağa davam edir. Hətta Donetsk vilayətinin Avdeyevka qəsəbəsinini mühasirəyə alan rus ordusunun bu yaxınlarda şəhərə girəcəyi istisna edilmir.
20 may 2019-cu ildə Qərbpərəst ideyaları ilə hakimiyyətə gələn “Xalqın Xidmətçisi” Partiyasına olan inam bu gün demək olar ki, sönüb. Qərbin Ukraynanın arxasında dayanmaması isə hakimiyyətdaxili çaxnaşmaya gətirib çıxarıb. Ukrayna Prezident Aparatı rəhbərinin sabiq müavini Oleksiy Arestoviç çöküşün başlanğıcını ilk hiss edən şəxslərdən biri kimi Zelenski iqtidarının siyasi kursuna qarşı çıxdı. Təbii ki, hakimiyyət komandası tərəfindən adı xain olaraq damğalanan Arestoviç reallığı dərk edərək Rusiya ilə masaya oturmaq barəsində fikirlər səsləndirdi.
2024-cü ildə Ukraynada keçirilməsi planlaşdırılan prezident seçkilərində prezidentliyə namizəd olacağını açıqlayan Arestoviç deyib ki, Rusiya ilə müharibə nə Ukrayna, nə də Rusiya xalqına lazım deyil. Onun sözlərinə görə, Rusiya ilə masaya oturmaq və danışıqlara başlamaq lazımdır.
Zelenskinin utopik bəyanatlarına qarşı etirazlar orduda da genişlənməyə başlayıb. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı isə açıqlamasında qeyd edib ki, bütün sanksiyalara rəğmən, Rusiya yenə də Ukraynadan açıq-aşkar üstündür. O, əlavə edib ki, Ukrayna hərbçiləri cəbhəboyu dirənib və irəliyə bilmirlər.
Qərb mediasının və siyasətçilərinin də artıq anti-Ukrayna fonunda çıxışları məsələnin Rusiyanın xeyrinə həll edildiyinə dair vəziyyəti qəbul etməsi anlamına gəlir. Savaşın sonrakı perspektivdə nə qədər davam edəcəyi bəlli deyil, lakin Rusiyanın bu savaşı uzadacağı istisna deyil.
İndi günün sualı budur: Volodimir Zelenski ağ bayraq qaldıracaqmı?
Hələlik bu, real görünmür. Zelenskinin hakimiyyətdən getməyi Rusiyaya güzəştə getməyindən daha inandırıcı görünür...
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou