Rusiya bundan ən iyrənc şəkildə istifadə edir - İsrail

23:00 - 3 Noyabr 2023 - GÜNDƏM

 Rusiya bundan ən iyrənc şəkildə istifadə edir - İsrail

Rusiya beynəlxalq ictimaiyyəti Ukraynadakı müharibədən yayındırmaq ümidi ilə HƏMAS-ın İsrailə hücumundan ən iyrənc şəkildə istifadə edir.

BUTA.TV xəbər verir ki, bu sözləri İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın yəhudi dövlətini işğalda ittiham etməsinə cavab olaraq deyib.

“Məhz Rusiya nümayəndəsindən İsrailin ünvanına insan haqları və beynəlxalq hüquqla bağlı əxlaqi sözlər eşitmək gülməlidir. BMT-nin İnsan Haqları Şurasından xaric edilən ölkənin nümayəndəsi əxlaqdan danışır. Bizə nəsə öyrədəcək ən son ölkə Rusiyadır”, - deyə Erdan bildirib.

Onun sözlərinə görə, minlərlə vətəndaşı terrorçular tərəfindən öldürülsə və ya qaçırılsa, Moskvanın necə reaksiya verəcəyini hamı anlayır.

Bu xəbər hal-hazırda çox oxunur
İsrail prezidenti İlham Əliyevə zəng etdi

Erdan hesab edir ki, Rusiya nümayəndəsinin bu cür ritorikasının əsas məqsədi dünyanın diqqətini Rusiyanın Ukraynaya təcavüzündən yayındırmaqdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol