Xorvatiya xarici işlər naziri Qordan Radman Berlində keçirilən AB nazirlərinin sammitində Almaniya xarici işlər naziri Annalena Berboku öpməyə cəhd edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Bildirilib ki, Radman əvvəlcə alman həmkarının əlindən tutub, daha sonra Berbokun dodaqlarından öpmək istəyib. Lakin Berbok ondan cəld yayına bilib.
Nəşrin məlumatına görə, bu hadisə ona görə baş verib ki, xorvat nazir fotosessiyaya gecikib. Həmin vaxta kimi bütün nazirlər bir-biriləri ilə salamlaşdıqları üçün Radman alman həmkarını öpmək istəyib.
Daha sonra o, Berbokdan bu addımına görə üzr istəyib.
- Zəngəzur dəhlizinin açılmasına maneə var – Silayev
- Çindəki paraddan görüntülər - Video
- Prezidentlər və xanımları ziyafətdə...
- Əliyevlə Pezeşkianın azərbaycanca səmimi dialoqu - Video
- İlham Əliyevlə Putin belə salamlaşdı - Video
- İlham Əliyev və xanımı Çində paradı izlədi
- Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video
- Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi