Ankara artıq İsrailin Baş naziri Benyamin Netanyahunu həmsöhbət hesab etmir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Netanyahu artıq söhbət edə biləcəyimiz bir insan deyil. İndidən üstündən xətt çəkmişik. Bunun üçün bir nömrəli məsuliyyət daşıyan İsrailin Baş naziri Netanyahunun özüdür. Artıq İsraildə də ona qarşı danışıqlar gedir. Netanyahu İsrail xalqının mənfi reaksiyasına səbəb olan və vətəndaşlarının dəstəyini itirən, dini terminlərə əl ataraq onu geri qaytarmağa çalışan şəxsdir. Yunanıstan Kiprdə qarant ölkə ola bilər, Böyük Britaniya da qarant ölkə ola bilər, bəs niyə Türkiyə olmasın, niyə Qəzzada oxşar struktur yaratmasın? Türkiyə Qəzzada qarant rolunu oynamalıdır. Bu, tarixi, bu günü və gələcəyi formalaşdıran bir inkişaf xətti olacaq”, - o bildirib.
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - Foto
- “Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...