Yeddi il bundan əvvəl Bakıda 185 təcili tibbi yardım ekipajı çalışırdı. Bu gün isə cəmi 140 təcili tibbi yardım maşını işləyir. Nəzərə almaq lazımdır ki, ötən müddət ərzində paytaxt sakinlərinin də sayı kifayət qədər artıb. Burada söhbət rəsmi qeydiyyatdan keçən təxminən 2 milyondan çox şəxsdən gedir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Bu məsələ ilə bağlı mənə vətəndaş müraciətləri olur. Ən yaxşı halda təcili yardım maşını çağırışdan 40-45 dəqiqə sonra hadisə yerinə gəlib çatır. Hətta bəzən bu müddət 1 saatdan da çox olur. Hökumətdən xahiş edirik ki, heç olmasa, təcili tibbi yardım avtomobillərinin texniki məsələsi həll olunsun”, - R.Quliyev əlavə edib.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi