Rusiya Liviyada hərbi baza yaratmaq üçün bu ölkə ilə danışıqlar aparır.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Bildirilir ki, ABŞ Rusiyanın bu addımından narahatlıq keçirir. Rusiyanın Afrika Liviyasında hərbi baza yaratmaq istəyi gerçəyə çevrilərsə, bu ölkə Liviyadan bütün Avropa İttifaqına nəzarət əldə edə bilər.
Danışıqlar 2023-cü il sentyabr ayının sonlarında Vladimir Putinlə görüş keçirən general Xəlifə Haftarın Moskvaya gəlişindən indiyə qədər davam edir.
Rusiyanın məqsədi Aralıq dənizinə çıxış əldə edib Liviya sahillərinə döyüş gəmiləri çıxarmaq, modern infrastrukturlu hərbi liman yaratmaq, bu ölkədə təyyarə bazası qurmaq, eləcə də "Vaqner" qoşunlarının bölgədə mövqelərini möhkəmləndirməkdir.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Amerika Birləşmiş Ştatlarının Liviyada xüsusi elçisi olmuş Conatan Uayner deyib ki, ABŞ hakimiyyəti Rusiyanın Liviyada, yəni Aralıq dənizi sahilləri boyunca hərbi mövqelərini genişləndirilməsi cəhdlərinə çox ciddi yanaşır:
“Əgər Rusiya orada liman qursa, bu ona Aralıq dənizində möhkəmlənməyə və bütün Avropa İttifaqını izləyib, casusluq etməyə şərait yaradacaq".
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou