Ağciyər xərçənginin 10 mühüm əlaməti - Davamlı öskürəyə diqqət yetirin

13:59 - 6 Noyabr 2023 - SAĞLAMLIQ

 Ağciyər xərçənginin 10 mühüm əlaməti - Davamlı öskürəyə diqqət yetirin

Ağciyər xərçəngi dünyada ən çox ölümə səbəb olan xərçəng növüdür və 4rkən diaqnoz xəstəlikdən sağ qalma şansını artırır.

BUTA.TV-nin  xarici mediaya istinadən məlumatına görə, Tibbi Onkologiya Mütəxəssisi Prof. Dr. Özlem Ər ağciyər xərçənginin erkən diaqnozu üçün risk faktoru olan insanların davamlı öskürək halında mütləq həkimə müraciət etmələri lazım olduğunu bildirib. Prof. Dr. Özlem Ər qeyd edib ki, heç bir şikayəti olmasa belə, risk faktoru olan 40 yaşdan yuxarı insanlar hər il mütəmadi olaraq aşağı dozalı ağciyər tomoqrafiyasından keçməlidirlər.

Ağciyər xərçəngi ən çox həyat itkisinə səbəb olan xərçəng növlərindən biri olsa da, erkən diaqnoz və şişə xas müalicə protokolu sayəsində xəstələr uzun illər sağlam və aktiv həyatlarını davam etdirə bilirlər.

Professor, xüsusilə, iki həftədən çox davam edən davamlı öskürək başda olmaq üzrə ağciyər xərçənginin digər 10 simptomuna diqqət çəkib:

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

“Yeni başlayan və ya fərqli, davamlı öskürək, qan tüpürmək, təkrarlanan tənəffüs yoluxucu infeksiyalar, çiyin, kürək və ya döş qəfəsində ağrılar, nəfəs almaqda çətinlik, səsdə zəiflik və ya xərəltı, halsızlıq və yorğunluq, boyun və üzdə şişkinlik, udma çətinliyi, iştahsızlıq və çəki itkisi”

Özlem Ər siqaretə başlama yaşı nə qədər tez olarsa, ağciyər xərçənginə tutulma riskinin də bir o qədər çox olacağı barədə xəbərdarlıq edib.

Professor xüsusi olaraq xəstəyə tətbiq edilən müalicə sayəsində çox uğurlu nəticələr əldə edildiyinə diqqət çəkib. Özlem Ərin sözlərinə görə, kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsinin ən vacib hissəsi kimyaterapiyadır. Bunun səbəbi bu üsulun sürətlə çoxalan hüceyrələrə təsirli olmasıdır. Erkən mərhələdə ağciyər xərçəngi kemoterapi və radioterapiyanın kombinasiyası ilə müalicə olunur. Yaygın mərhələdə, müalicənin müvəffəqiyyəti əsasən immun sistemini gücləndirmək məqsədi daşıyan kimyaterapiya və immunoterapiyanın birləşməsi ilə artır. Kiçik hüceyrəli olmayan ağciyər xərçəngi müxtəlif molekulyar xüsusiyyətlərə malik bir çox xəstəliyi ehtiva etdiyi üçün şişə xas olan ən uyğun müalicə üsulu seçilir.

Mənbə: Manset.az


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol