Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları artırıldı

11:46 - 7 Noyabr 2023 - CƏMİYYƏT

 Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları artırıldı

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

BUTA.TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol