Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çestyakovun ölümü ilə bağlı müxtəlif versiyalar səsləndirilir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Rusiya Ali Radasının keçmiş deputatı İlya Kivanın iddiası diqqət çəkib. O, Çestyakovun ölümünü “Zelenskinin baş komandan Zalujnıya salamı” adlandırıb:
“Bu, Vladimir Zelenskidən Zalujnıya işarədir. Bilirsiniz ki, Çestyakov ona verilən hədiyyə paketini açıb və içindəki qumbara partlayıb. Nəticədə o, həyatını itirib. Məlumata görə, bağlamanı Çestyakova öz həmkarlarından biri verib. Zalujnı bugünlərdə Vaşinqtona uçmağı və Co Bayden administrasiyası ilə görüşlər keçirməyi planlaşdırırdı. Zelenski bununla baş komandanı susdurmağa, ona mane olmağa çalışır”.
Qeyd edək ki, son aylarda Ukrayna Prezidenti V.Zelenski ilə silahlı qüvvələrin baş komandanı Valeri Zalujnı arasında fikir ayrılıqlarının olduğuna dair məlumatlar yayılır.
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?