Nəcməddin Sadıkovun həbs ssenarisi açıqlandı – Generalı bu şəxslər vura bilər

17:17 - 7 Noyabr 2023 - CƏMİYYƏT

 Nəcməddin Sadıkovun həbs ssenarisi açıqlandı – Generalı bu şəxslər vura bilər

Ötən həftə Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları zamanı maraqlı detal üzə çıxıb. Məlum olub ki, məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb. Onlarla bağlı istintaq orqanında araşdırma aparılır.

İttiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlarını deyiblər.

Bu xəbər Nəcməddin Sadıkovun yaxın zamanlarda həbs olunacağı qənaətini yaradıb. Onun 3 ilə yaxındır ki, istintaqa cəlb ediləcəyi məlumatları dolaşsa da, sabiq Baş Qərargah rəisi hələ də azadlıqdadır.

N.Sadıkovun istintaq müddətində təcridi mümkündürmü? Generalın həbs olunacağı nə dərəcədə realdır?

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Rövşən Məhərrəmov ilk öncə Nəcməddin Sadıkovun 44 günlük Vətən müharibəsi zamanı döyüşün ən qızğın vaxtında vəzifədən azad olunduğunu xatırladıb. O, N.Sadıkovu hələ vəzifədə olarkən tənqid etdiyini bildirib:

Rövşən Məhərrəmov

“Məhkəmənin Sadıkov haqqında hər hansı bir qərar qəbul etməsi o demək deyil ki, həbs olunacaq və ya ona qarşı artıq cinayət işi başladılıb. Sadəcə, məsələnin araşdırılmasına qərar verilib. Bu işi istintaq araşdırmalı və onun cinayətkar olduğunu sübut etməlidir. Məhkəmə qərarından sonra dəqiq bilmək olar ki, Nəcməddin Sadıkov cinayət hadisəsi törədib, yoxsa yox”.

R.Məhərrəmov deyib ki, N.Sadıkovun ən yaxın adamları həbs olunublar:

“Həbs olunmayanlar isə vəzifədən kənarlaşdırılıblar. Ona ən yaxın olan, “sağ əli” hesab edilən “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyev, Elxan Məcidov, Fikrət Məmmədov hamısı artıq həbsdədirdlər. Bu şəxslər məhkəmə zamanı Sadıkova qarşı ifadələr verərlərsə, o zaman həqiqətlər üzə çıxacaq və nəticədə məhkəmə gərəkən addımlar atacaq.

Məqsədim Nəcməddin Sadikovu və başqa vəzifəliləri tənqid və ittiham etmək deyil. Həmin şəxslərin əməllərinə qiyməti hüquq mühafizə orqanları verəcək. Çünki bu, onların səlahiyyətindədir. Hüquq mühafizə orqanlarmız öz peşəkar işini davam etdirməli və neqativ halların qarşısını alamalıdırlar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol