Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir:
"Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
- Sabahın hava proqnozu açıqlandı
- ABB bu sahədə daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı
- Siyəzəndə əməliyyat: 9 nəfər saxlanıldı - Foto
- Naxçıvan DOST Mərkəzinin xidmətlərindən 300 vətəndaş faydalandı
- Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video
- Abşeronda qadın ərini öldürdü
- Bu yolda nişan var, zolaq yoxdur: sürücülər yol vermir - Video
- Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - Video