AB ölkələri tankerlərlə bağlı Rusiyaya qarşı razılaşa bilmədi

01:00 - 12 Dekabr 2023 - GÜNDƏM

 AB ölkələri tankerlərlə bağlı Rusiyaya qarşı razılaşa bilmədi

Avropa Birliyi ölkələri Rusiyaya neft tankerlərinin satışına qoyulan qadağadan imtina ediblər.

BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" mənbələrə istinadən məlumat yayıb.

“Komissiya əvvəlcə köhnə tankerlərin Rusiya qurumlarına satışını və ya onların Rusiyada istifadəsini, həmçinin G7 neft qiymətlərinə qoyulan məhdudiyyətlərdən yan keçmək üçün tankerlərdən istifadə edə bilən qurumları qadağan etmək istəyirdi, lakin bu şərtdən imtina edildi", - mənbə bildirib.

Qeyd olunur ki, aktiv gəmiçilik şirkətləri olan Aralıq dənizi ölkələri belə bir addımın onları əlverişsiz vəziyyətə sala biləcəyindən narahat olduqlarını bildiriblər.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol