Əgər azərbaycanlılar Ermənistana qayıtsa... - Akopyan

09:02 - 12 Dekabr 2023 - GÜNDƏM

 Əgər azərbaycanlılar Ermənistana qayıtsa... - Akopyan

Azərbaycanlıların Ermənistana qayıtması gələcəkdə saatlı bombaya çevriləcək.

BUTA.TV xəbər verir ki, bu fikirləri erməni mediasına erməni siyasi şərhçi Vigen Akopyan Bakının hər iki tərəfin milli azlıqları ilə bağlı sülh müqaviləsində oxşar ifadələrin olması bəyanatını şərh edərkən deyib.

O, ermənilərin Qarabağa qayıtması qarşılığında azərbaycanlıların da öz yurdlarına – Qərbi Azərbaycana qayıtması tələbinə bu cür reaksiya verib:

"Bu, kifayət qədər həssas məsələdir, azərbaycanlılar bu məsələdə çoxdan mövqe ortaya qoyublar. Onlar 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıları geri qaytarmağa çalışırlar. Onların sayı, müxtəlif mənbələrə görə, 300 minə çatır. Onlar çox gözəl başa düşürlər ki, bu, gələcəkdə Azərbaycanın yumşaq gücü olacaq və Ermənistanın altında salınmış minaya çevriləcək”.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

O iddia edib ki, fürsət yaranan anda rəsmi Bakı azərbaycanlıların hüquqlarının və ya təhlükəsizliyinin qorunmadığını bəyan edəcək və bunun əsasında həm Azərbaycan, həm də Türkiyə Ermənistan ərazisinə silahlı qüvvələr yeritmək üçün səbəb axtaracaq:

“Azərbaycan Silahlı Qüvvələri Ermənistana daxil olsa, bir daha oranı tərk etməyəcək. Bu ərazilərdə “Azərbaycan Ermənistanı” olacaq, yəni “Kıbrıs-2” yaranacaq.

Azərbaycan müharibədən sonra “güzgü prinsipi” tətbiq edir: Laçın varsa, Zəngəzur olmalıdır, Qarabağa ermənilər qayıdırsa, Ermənistana da azərbaycanlılar qayıtmalıdır”.

Akopyan vurğulayıb ki, bəzi Qarabağ sakinləri öz evlərinə qayıtmağa hazır ola bilərlər, ancaq beynəlxalq və kifayət qədər möhkəm təminat əsasında:

“Azərbaycanlı qaçqınların da çoxu geri dönəcək, lakin güc baxımından təminat almaqla”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol