Şuşadakı otellərin qazancı: 9 ayda...

01:36 - 13 Dekabr 2023 - GÜNDƏM

 Şuşadakı otellərin qazancı: 9 ayda...

Şuşadakı otellərin qazancı kəskin artıb.

BUTA.TV Fed.az-a istinadən xəbər verir ki, 2023-cü ilin ilk 9 ayının nəticələrinə əsasən Şuşa otelləri gəlirlərinin həcminə görə, digər turizm mərkəzi olan Şəkini geridə qoyub.

2023-cü ilin ilk 9 ayında Şuşadakı otellərdə 12 min nəfər yaxın qonaq olub. Onlardan 9,8 min nəfəri Azərbaycan vətəndaşları, 2,2 min nəfər isə xaricilərdir.

Qeyd edək ki, 2022-ci ildə Şuşa otelləri 14 min nəfərdən çox qonağa xidmət göstərmişdilər ki, bunun da 1800 nəfərini xaricilər təşkil edirdi.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Şuşadakı otellərin gəlirləri də kəskin artıb. Belə ki, işğaldan azad edilmiş rayonun otelləri 2022-ci il ərzində 2 milyon manat qazandıqları halda, 2023-cü ilin 9 ayında bu rəqəm 3 milyon manata çatıb, ilin sonunadək isə rəqəmin 4 milyon manatı keçəcəyi gözlənilir.

Şuşa bu göstəriciyə görə turizm mərkəzlərindən olan Şəkini geridə qoyub – «gülüş şəhəri»ndəki otellər 9 ayda cəmi 2,7 milyon manat qazanıblar.

Maraqlıdır ki, Şuşadakı otellərin gəlirinin böyük hissəsi otel nömrələrinin satışından deyil restoranlardakı xidmətlərdən daxil olub.

Bununla yanaşı, hesabat dövründə Şuşada otellərin tutumluluğu yalnız 16% təşkil edib. Bu, ölkə üzrə 20,8% təşkil edən ümumi göstəricidən aşağıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol