Xırdalanda 2 gündür su kəsilib – Açıqlama

16:46 - 13 Dekabr 2023 - GÜNDƏM

 Xırdalanda 2 gündür su kəsilib – Açıqlama

Dünən axşam saatlarından Abşeron rayon Xırdalan şəhərinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

BUTA.TV xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.

Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, sözügedən ərazidə qəza baş verib:

“Hazırda ərazidə təmir işləri aparılır. Qəza bu gün aradan qaldırılacaq”.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol