Rusiyada qıtlıq: türk şirkətləri tədarükə başladı

16:54 - 13 Dekabr 2023 - GÜNDƏM

 Rusiyada qıtlıq: türk şirkətləri tədarükə başladı

Türk şirkətləri Rusiyaya toyuq yumurtası ixrac etməyə başlayıb. Təchizatla bağlı heç bir problem olmayacaq.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə Yumurta İstehsalçıları Birliyinin sədri Mustafa Afyon deyib.

“Üç şirkətimiz tədarüklərə başlayıb. Ümumilikdə 21 türk şirkəti Rusiyaya toyuq yumurtası tədarükü üçün icazə alıb. İxracla bağlı heç bir problem olmayacaq, biz Rusiya tərəfinin bütün ehtiyaclarını ödəməyə hazırıq”, - Afyon bildirib.

Qeyd edək ki, Rusiyada yumurta qıtlığı yaşanır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranıb. Yumurtanın qiyməti ölkədə 17 faiz bahalaşıb.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol