AB-dən bu ölkələrə çağırış: Dialoqu davam etdirin!

21:46 - 13 Dekabr 2023 - GÜNDƏM

 AB-dən bu ölkələrə çağırış: Dialoqu davam etdirin!

Avropa Birliyi Serbiya ilə Kosovanı münasibətləri normallaşdırmaq istiqamətində lazımi addımları atmağa və dialoqu davam etdirməyə çağırıb.

BUTA.TV xəbər verir ki, AB-nin Ümumi Məsələlər Şurası Avropa Komissiyası və Avropa Şurasına iki ölkə arasında dialoq çərçivəsində normallaşma prosesini inkişaf etdirməyi tapşırıb.

Bundan əlavə, Serbiya və Kosova arasında münasibətlərin normallaşdırılması haqqında sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və AB-yə üzvlük danışıqlarının meyarlarına düzəlişlər edilməsi ilə bağlı təkliflərin 2024-cü ilin yanvar ayının sonuna qədər şuraya göndərilməsi vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol