“Tam məxfi” kimi təsnif edilən “sülh mətni” ilə ilə tanış olan erməni deputatlar bildiriblər ki, sənəddə Azərbaycan tərəfinin tələbi, Ermənistan tərəfinin razılığı var. Onların iddiasına görə, Azərbaycan Ermənistanın 29,8 min kv.km ərazisini tanımaq fikrində deyil. Erməni deputatlar yazışmalarda ümumi ifadələrə üstünlük verildiyini, Ermənistan ərazisinin sərhəd delimitasiyasından sonra bəlli olacağını bildiriblər. Təkliflərə anklavlar və yolların blokdan çıxarılması da daxildir. Başqa necə olmalıydı? Müharibədə qalib tərəfin məğluba şərtlərini diktə etmək hüququ var.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu erməni müxalif deputatların sülh mətni ilə tanış olandan sonra verdikləri açıqlamalara münasibətində qeyd edib.
O bildirib ki, anklavlar - kəndlər məsələsi həll olunmayana qədər Azərbaycanın Ermənistanın konkret ərazisi çərçivəsində ərazi bütövlüyünü tanıması mümkün deyil:
“Kəndlərimiz hansısa formada və ya ərazi mübadiləsi şəklində geri qaytarılmalıdır. Əgər Ermənistan Qərbi Zəngəzurun əlindən çıxacağından qorxursa, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu halda Azərbaycan da Qərbi Zəngəzur daxil Ermənistanın ərazi bütövlüyünü tanıyacaq, əks halda, yəni İrəvan Qarabağ bəndinin sülh sazişinə salınmasına çalışacaqsa, Azərbaycanın da Qərbi Zəngəzura iddiası davam edəcək və sülh sazişi imzalanmayacaq. Bu isə Baş nazir Nikol Paşinyanın sonunu gətirəcək. Ona görə Nikol Paşinyan və Ermənistan üçün ən optimal yol zəif müxalifətin reaksiyasından asılı olmayaraq Azərbaycanın şərtləri çərçivəsində sülh sazişini imzalamaqdır”.
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır